CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların əmək haqqı min manata yaxındır

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb

BAKI, 16 fevral — Sputnik. 2017-ci ildə sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 194,5 min nəfər olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Onların 33,8 min nəfəri mədənçıxarma, 102,7 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

2017-ci ildə sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən illə müqayisədə 7,6 faiz artaraq 968,8 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 9,9 faiz, emal sənayesində 7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 6,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 1,7 faiz artıb.

Xəbər lenti
0