CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: Bu prospektdə təmir işi aparılır

© Photo : AZƏRAVTOYOLMagistral yolda yeni geri dönmə hissə yaradılıb
Magistral yolda yeni geri dönmə hissə yaradılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən işlər çərçivəsində geridönmə hissədə əlavə hərəkət zolağı yaradılır

BAKI, 15 fevral — Sputnik. Ziya Bünyadov prospektinin köməkçi yolunda təmir işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədi ilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır. Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən mövcud geri dönmə hissədə də genişləndirmə işləri görülür. Sözügedən işlər çərçivəsində geridönmə hissədə əlavə hərəkət zolağı yaradılır.

Bundan başqa, prospektin sözügedən hissəsində sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək məqsədi ilə 1 nöqtədə "cib"li hissə yaradılır.

Xəbər lenti
0