23:33 20 May 2018
Canlı yayım
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezidentdən yeni strateji təyinat

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
383 0 0

Rüfət Rüstəmzadə agentliyin sədr müavini təyin olunub

BAKI, 15 fevral — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini vəzifəsinə təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadə  bu vəzifəyə təyin edilib.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə

Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.

Əlaqədar

Ölkəyə gətirilən qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək
Prezident qida təhlükəsizliyi sahəsinə dair yeni sərəncam imzaladı
Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətindən çox şey gözlənilir”
Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyindən gözləntilər çoxdur”
Qida Təhlükəsizliyi Agentliyi yaradılır
Teqlər:
Qida Təhlükəsizliyi Agentliyi, təyinat, sərəncam, prezident

Əsas mövzular