14:33 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Daxili İşlər Nazirliyi

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sərt xəbərdarlıq

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
387 0 0

Oruc Zalov: "Səsvermə və səsvermədən sonra razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"

BAKI, 15 fevral — Sputnik. "Seçki günü seçicilərin iradəsini azad ifadə etmələri üçün Daxili İşlər Nazirliyi Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib. Həmin Tədbirlər Planına əsasən, asayişin təmini üçün hazırlıqlara başlanıb".

Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə "Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri" mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov belə deyib.

O bildirib ki, seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar: "Bu gün insanların böyük əksəriyyəti böyük şəhərlərə miqrasiya edir, burada yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki, yaşadığı yer, yaxud qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın. Bu işlər qısa müddətdə başa çatacaq".

"Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki bülletenləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə təmin olunacaq", — Zalov vurğulayıb.

"Azərbaycanda xalq-iqtidar birliyi sabitliyin əsasını təşkil edir. Biz bunun qorunması üçün lazımi tədbirlər görürük. Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün ayıq-sayıqlıq tələb olunur", — o əlavə edib.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək. İndiyədək 13 nəfər namizədliyini irəli sürüb, onlardan 5 nəfərinin namizədliyi təsdiqlənib.

Əlaqədar

Azərbaycanda prezident seçkiləri: Şərtlər, qaydalar və namizədlər qarşısında tələblər
Azərbaycanda iki partiya seçkilərdən imtina etdi
"Prezident seçkilərindən sonra ciddi addımlar atıla bilər"
Prezident seçkiləri ilə bağlı fəaliyyət proqramı açıqlandı
Teqlər:
Oruc Zalov, Tədbirlər Planı, Mərkəzi Seçki Komissiyası, səsvermə, MSK, seçki, Daxili İşlər Nazirliyi, asayiş

Əsas mövzular