05:00 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Manatlar

Standart dövlət rüsumu ləğv edildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
995 0 0

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 5-ci maddəsinə dəyişiklik edilib

BAKI, 15 fevral — Sputnik. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında veriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 5-ci maddəsinə (Dövlət reyestrinin açıqlığı) dəyişiklik edilib.

Dəyişikliyə əsasən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 5.1-1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

"Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.".

Həmin maddədə deyilir ki, 5.1. Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.

5.1-1. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.

Dəyişikliklə 5.1-1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: "Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.".

Qeyd edək ki, bələdiyyələr tərəfindən binalar üzrə yerli vergilərin hesablanması həmin binaların (tikililərin) mülkiyyətçiləri və onların texniki göstəriciləri barədə məlumatların əldə olunmalarını zəruri edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 5.1-1-ci maddəsinə görə, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verildiyi nəzərdə tutulsa da, Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli qərarı ilə dövlət reyestrindən bu cür məlumatların əldə edilməsinə görə 10 manat məbləğində ödəniş müəyyən olunub.

Vergiqoyma obyektlərinin böyük əksəriyyətini az miqdarda vergisi olan yaşayış sahələri təşkil etdiyini nəzərə alaraq, dövlət informasiya sistemində saxlanılan məlumatın əldə olunması üçün 10 manat kimi yüksək məbləğin tələb olunması bələdiyyələrin fiziki şəxslərdən yerli vergilərin qanunla müəyyən olunmuş qaydada hesablanması yığılması işini əhəmiyyətli dərəcədə çətinləşdirir.

Yuxarıda deyilənləri nəzərə alaraq, "Daşımaz əmlakın dövlət reyestri haqqında" qanunun 5.1-1-ci maddəsinə ikinci cümlənin əlavə olunması təklif olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Bələdiyyə vergiləri dəyişir: Xüsusi qanun hazırlanır
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri artırılır
Azərbaycanda 33 bələdiyyə sədrinin işi prokurorluğa göndərilib
Teqlər:
10 manat, dövlət reyestri, müvafiq icra hakimiyyəti orqanı, əlavə, daşınmaz əmlak, dəyişiklik, bələdiyyə, qanun, məlumat

Əsas mövzular