03:24 21 May 2018
Canlı yayım
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov

PA-nın şöbə müdiri ən çox şikayət edən vətəndaşların adlarını açıqladı

© Foto: TREND
CƏMİYYƏT
Qısa URL
57 0 0

Vətəndaşların bir çoxu müraciət etmək hüququndan sui-istifadə edərək, müəyyən təzyiqlər vasitəsilə əsassız tələblərinin yerinə yetirilməsinə cəhd göstərirlər

BAKI, 14 fevral — Sputnik. "Prezident Administrasiyasına, eləcə də respublikanın mərkəzi və yerli dövlət qurumlarına daxil olan müraciətlərin bir qismi təkrar müraciətlərdir". Bu barədə AZƏRTAC-a müsahibəsində Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib. O bildirib ki, belə müraciətlərin yaranma səbəbləri araşdırılarkən aydın olur ki, vətəndaşlar bəzi hallarda öz müraciətlərinə ilkin instansiyada lazımi cavab ala bilmədikdə, məmur laqeydliyi və biganəliyi ilə qarşılaşdıqda eyni məsələ ilə əlaqədar dəfələrlə müraciət etməyə məcbur olurlar.

"Ötən il Prezident Administrasiyasına təkrar müraciətlər Bakı şəhərinin rayonlarından, həmçinin Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qobustan, Quba, Lerik, Oğuz, Saatlı, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daha çox daxil olub. Təkrar müraciətlərin mövzularına gəldikdə, deməliyik ki, onlar daha çox hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti, şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, sosial müdafiə, mənzil, torpaq, səhiyyə, maliyyə və bank, dövlət qulluğu və kadr, enerji daşıyıcıları və su təchizatı, şəhərsalma və tikinti, elm və təhsil, kənd təsərrüfatı, qaçqınların və məcburi köçkünlərin problemləri barəsindədir", — deyə S. İsmayılov bildirib. 

İsmayılovun sözlərinə görə, bəzi hallarda vətəndaşlar tələblərinin əsassız olduğu barədə izahatla razılaşmır, eyni müraciətinə müxtəlif instansiyalardan əsaslı cavablar almalarına baxmayaraq, təkrar müraciətlər göndərməkdə və qəbula gəlməkdə davam edirlər. Abşerondan Sima Hüseynova, Binəqədidən Zərbani Ağayeva, Roza Hümbətova, Nərimanovdan Ülviyyə Baxşiyeva, Kamran Rəcəbov və Yeganə Səlimova, Nəsimidən Sevda və Gülnarə Hüseynovalar, Suraxanıdan Nizami Əlibəyov, Aygün Əmiraslanova, Səmilə Məşədiyeva və Rəşid Rzayev, Yasamaldan Elman Abiyev, Elmidar İsmayılov, Sevil Səfərova, Sevda Süleymanova, Kəmalə Abdullayeva və Yelena Yusupova, Masallıdan Elçin Axundzadə, Şahid Əliyev, Əlizamin Bədirov, Ağdamdan Rafil Hətəmov və İsmayıl Məmmədov, Biləsuvardan Tacəddin Əliyev, Füzulidən Anar İsmayılov, Qubadlıdan Bakir Bayramov, Lerikdən İlham İbadlı, Sabirabaddan Vilayət Cəbrayılov, İmişlidən Qalib Nağıyev, Kürdəmirdən Kamil Kərimov, Ucardan Şahlar Ələkbərov, Zəngilandan Yaşar Ağazadə, Qazaxdan Minayə Əliyeva və başqaları müxtəlif mövzularda ən çox müraciət edən vətəndaşlardır.

"Təəssüf ki, bu vətəndaşların bir çoxu müraciət etmək hüququndan sui-istifadə edərək, müəyyən təzyiqlər vasitəsilə əsassız tələblərinin yerinə yetirilməsinə cəhd göstərirlər. Bu da nəzərə alınmalıdır ki, onlar il ərzində dəfələrlə Prezident Administrasiyasının məsul şəxslərinin qəbulunda iştirak ediblər. Təkrar müraciətlərin arasında kollektiv müraciətlərə də təsadüf olunur. Ümumiyyətlə, kollektiv müraciətlər daha çox Bakı şəhərinin rayonlarından, həmçinin Ağcabədi, Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Masallı, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı və digər rayonlardan daxil olub", — deyə şöbə müdiri qeyd edib.

Əlaqədar

Prezidentin köməkçisindan sərt ismarıc: "Hüquqi prosedurlara başlamaq niyyətindəyik"
Prezident Administrasiyasından əhalini narazı salan problemə kəskin reaksiya
Prezidentdən ölkəyə milyonlar gətirəcək vacib qərar
Azərbaycan prezidenti amerikalı diplomatlarla bir arada

Əsas mövzular