02:02 25 Fevral 2018
Canlı yayım
Milli Məclis

Dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün yeni standartlar gəlir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
25510

"Standartlaşdırma haqqında" yeni qanun layihəsi hazırlanıb

BAKI, 14 fevral — Sputnik. "Standartlaşdırma haqqında" qanun layihəsi hazırlanıb. Sputnik Azərbaycan xəbər verir ki, qanun layhiəsi Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib.

Qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinə əsasən, qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur. Amma onun müddəaları malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan məcburi uyğunluğun qiymətləndirilməsi məsələlərinə şamil edilmir.

Bu qanun təhsil, dövlətin müdafiəsi, təhlükəsizliyi, insanların həyat və sağlamlığı, təhlükəsizliyi ilə bağlı məcburi standartlara da şamil edilmir.

Qanun layihəsinə əsasən, dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçiriləcək. Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan normativ hüquqi aktların, texniki reqlamentlərin tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanacaq.

Layihəyə görə, dövlət standartları "AZS" nişanı ilə nişanlanacaq.

Əlaqədar

Bağırov: “Tikintidə ekoloji standartlar nəzərə alınmalıdır”
Ölkədə nə qədər milli standart qüvvədədir?
Əflatun Amaşov: “Əmək standartları sahəsində xeyli işlər görülüb”
Ramiz Həsənov: “Dövlət bəzi standartları artıq tənzimləməyəcək”
Teqlər:
müddəa, "Standartlaşdırma haqqında" qanun layihəsi, şəxs, tələb, sahibkarlıq, Milli Məclis

Əsas mövzular