Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Zorlamanın izi ilə: Günahkar valideyndir, yoxsa düzgün tərbiyə verməyən məktəb?

© Sputnik / Said TsarnayevSinif otağında şagirdlər, arxiv şəkli
Sinif otağında şagirdlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dərsliklərdə insanın reproduktiv sağlamlığı ilə bağlı paraqrafların sayı artırılmalı, direktorlar isə pornoqrafiyadan qaçmaq üçün şagirdlərdən mobil telefonları toplamalıdır

BAKI, 13 fevral — Sputnik. Məktəbdə tədris prosesi çərçivəsindəki fənlər daxilində yeniyetmələrin cinsi tərbiyəsinə dair məlumatların genişləndirilməsinin zamanı çatıb. Bunu Sputnik Azərbaycan-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.

O, qeyd edib ki, bu gün insanın cinsi və fiziki tərbiyəsi mövzusu "Həyat bilgisi" və "Anatomiya" kimi fənlərdə açıqlansa da, mövzunun mənəvi və əxlaqi tərəflərinə toxunulmur. O da var ki, pedaqoqlar mentalitetn təsiri altında bu paraqrafları məktəblilərə tədris etməməyə çalışırlar.

Qeyd etmək lazımdır ki, cinsi tərbiyə ilə bağlı mövzu 132-134 saylı təhsil kompleksində şagirdlərin qeydə alınmış intim videosunun yayılmasından sonra aktuallaşmağa başlayıb. Sözügedən videoda 11-ci sinif şagirdi olan oğlanın 7-ci sinif şagirdi olan qıza qarşı seksual hərəkətləri yer alıb. Nəticədə bu video internetdə yayılıb və virus kimi istifadə edilib.

Bakı şəhər prokurorluğu faktla bağlı cinayət içi açıb və yeniyetmə oğlan AR Cinayət Məcəlləsinin 150.3 maddəsi (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə: eyni əməllər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə saxlanılıb.

Eyni zamanda qızı məktəbdən çıxarıblar.

Əsədov hesab edir ki, məktəbli uşaqlara cinsi məsələlərin əxlaqi tərəfləri izah edilməlidir: "Bu gün məktəblərdə psixoloqlar, pedaqoqlar, tibb işçiləri işləyir. Bu, böyük kollektivdir. Hətta kitabxanaçı belə məktəblərdə uşaqların əxlaqi tərbiyəsinə dair kitabların oxu günlərini keçirməlidir. Amma bizdə bunların heç biri yoxdur. Nəticədə isə bu gün bizim məktəbdə gördüyümüz hadisə baş verir".

Onun sözlərinə görə, məktəb dövlət büdcəsindən maliyyələşir. Vəziyyətin belə ağırlaşmasına görə, Əsədov məktəb direktorlarını günahlandırır. Onun fikrincə, direktorlar rahat kreslolarda əyləşərək günlərini keçirməməli, dərsdən sonra şəxsən nəzarət etməlidir ki, şagirdlər sinifləri, idman zallarını, soyunub-geyinmə otaqlarını tərk ediblər, ya yox. Təhsil müəssisələrinin hər bir guşəsinə müşahidə kameraları yerləşdirilib və məktəb direktorları bu kameraları izləməyə borcludurlar: "Baş verən neqativ hallar onu göstərir ki, direktorlar şəxsi maraqlarına xidmət edən təhlükəsizlik kameraları quraşdırırlar. Ancaq şagirdlərin bütün aktiv hərəkət etdikləri ərazilərdə təhlükəsizlik kameraları quraşdırılmalıdır. Təkcə çəkiliş etməklə iş bitmir. Bütün çəkilişlər daimi olaraq izlənməlidir".

Amma bu, hamısı deyil. Ekspert bildirir ki, uşaqlarla bağlı pedaqoqlar və psixoloqlar da az məsuliyyət daşımır: "Orta məktəblərdə psixoloq daimi olaraq şagirdlərlə işləməlidir".

Əsədovun qənaətinə görə, sözügedən videodan da göründüyü kimi məktəblərdə o qədər boşluqdur ki, şagirdlər rahat hərəkət edə bilir, istədiyini həyata keçirir. Halbuki məktəblərdə müəllimlər dərs bitdikdən sonra hər bir şagirdin sinfi tərk etməsini izləməlidir.

Ekspert deyib ki, sinif rəhbərləri problemli şagirdlərlə bağlı qeydiyyat aparmalıdır. Onlarla tərbiyəvi söhbətlər edilməlidir. Məktəblərdə görüntü xətrinə tədbirlər keçirilməməlidir.

"Məktəb-valideyn münasibəti sıfıra bərabərdir. Məktəb-valideyn assosiasiyası ancaq bayramlarda pul yığmaqla məşğuldur. Məktəblərdə çətin tərbiyə edilən uşaqlarla bağlı işlər aparılmalıdır. Sözügedən video onu göstərir ki, bu, birinci dəfə deyil. Hər iki şəxs məktəbdə həmin məkandan dəfələrlə istifadə ediblər. Deməli, nəzarət olunmur. Direktor hansı işə baxırdı?! Direktorlarla bağlı da tədbirlər görülməlidir. Onlar vəzifələrinin öhdəsindən gələ bilmirlər, buna görə də fəaliyyətlərinə xitam verilməlidir" – deyə Əsədov bildirib.

Ailə tərbiyəsinə gəlincə, ekspert məsuliyyətsiz valideynlərlə bağlı fikirləri qətiyyətlə təkzib edir.

"Heç bir valideyn uşağının pis oxumasını istəməz və ona deməz ki, "get, nə istəyirsən elə". Bunun üçün təhsil müəssisəsinin divarları arasında müəyyən şərait olmalıdır" – deyə Əsədov bildirib.

Uşaqların cinsi tərbiyəsi ilə bağlı fənnin tədrisinə gəlincə, ekspert bildirib ki, Azərbaycandan fərqli olaraq, artıq uzun illərdir Fransa, Almaniya, Hollandiya və digər Qərbi Avropa ölkələrində məktəblilərə erkən yaşlardan bu öyrədilir.

Anatomiya fənnində insanın quruluşu ilə bağlı paraqrafın tədrisinin vacib sayılmadığı heç kəsə sirr deyil. Misal üçün valideyn Səbinə Əliyeva bildirib ki, o, Sumqayıtdakı 11 saylı məktəbi bitirib. On il əvvəl də eynilə Sovet İttifaqı vaxtında olduğu kimi pedaqoqlar yeniyetmələrə insan orqanizminin intim yerləri barədə danışmağa çəkinirdilər. Müəllimlər düşünürdülər ki, onsuz da şagirdlər maraq xətrinə bu "qadağan olunmuş" mövzuları oxuyacaqlar. Bununla da cinsi tərbiyə ilə bağlı dərs prosesi başa çatırdı. Zaman dəyişdi, nazirlər bir-birini əvəz elədi, yeni "kurikulum" təhsil proqramı qəbul edildi. Amma bu mövzuda indiyə qədər heç nə dəyişmədi. Heç bir pedaqoq məktəblilərə nəyin yaxşı, nəyin pis olduğu barədə danışmır.

Hətta bu gün 8-ci sinfin "Həyat bilgisi" dərsliyinin 62-ci səhifəsində cəmi bir paraqrafda ailə qurmaqdan və ailə planlamasından bəhs edilir. Odur ki, şagird istədiyi informasiyanı dərslikdən ala bilmir. Kitabda iki kəlmə ilə şəxsi gigiyena, zorlamanın qadağan olunması, ailə planlaması və cinsi yolla keçən xəstəliklər barədə yazılıb. Hər bir şəxsin fərd olaraq bilməli olduğu əhəmiyyətli və vacib mövzuya biri heç nə ifadə etməyən illüstrasiya ilə doldurulmuş cəmi 2,5 səhifə yer verilib.

Nəticədə yeniyetmələr insanın reproduktiv funksiyası ilə bağlı informasiya əldə etmək üçün internetə daxil olurlar. Bu axtarış onları pornoqrafik xarakterli saytlara aparıb çıxarır.

Doğrudur, Azərbaycan məktəbliləri bəzən fizioloji bilikləri əldə etmək üçün internetdə elmi layihələr üzərində işləyən inkişaf etmiş ölkələrin dərsliklərinə də rast gəlirlər. O dərsliklərə ki, orada insanın intim yerlərinin adları, funksiyaları açıq-aydın izah edilir.

Paytaxtdakı məktəblərdən birinin adının çəkilməsini istəməyən direktoru hesab edir ki, məktəb yalnız dərs proqramına cavabdehdir. Uşaqların cinsi və əxlaqi tərbiyəsi ilə valideynlər məşğul olmalıdır. Avropa və Asiya ölkələrindən fərqli olaraq, Azərbaycanın öz ənənələri və etik davranış normaları var.

"Proqram yazmaq asandır. Kitab çap eləmək çətin deyil. Bəs kim tədris edəcək? İkincisi, siz əminsinizmi ki, Bakı, Laçın, Lənkəran məktəblərində cinsi tərbiyə ilə bağlı dərslər eyni səviyyədə keçiləcək? Əlbəttə yoz" — deyə direktor bildirib.

O, hesab edir ki, uşaqların tərbiyəsinin dəyişməsi ilə ailə məşğul olmalıdır. Amma ailədə valideynlərin birinin olmaması tərbiyənin effektivliyinə təsir göstərir. Nəticədə valideynlərin qaydada olmayan münasibətləri uşaqların tərbiyəsinə də sirayət edir.

Bütün bunlarla yanaşı, ekspertlər hesab edirlər ki, 132-134 saylı təhsil kompleksinin direktorunun üzləşdiyi bu cür problemlərdən qaçmaq üçün təhsil müəssisəsi məşğələlər zamanı şagirdlərdən bütün gadgetləri yığmalıdır.

Xəbər lenti
0