CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qadın qatarın altına yıxıldı

© Sputnik / Murad OrujovСтанция метро Нариман Нариманов
Станция метро Нариман Нариманов - Sputnik Azərbaycan
Abunə olmaq
Xoşbəxtlikdən qadın relslərin arasında qalıb, heç bir xəsarət almayıb

BAKI, 13 fevral — Sputnik. Bakı metrosunda 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev bildirib. O deyib ki, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.

Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metro sərnişinlərinin nəzərinə: Yeni xidmət istifadəyə verildi

"Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb”, – deyə Nəsimi Paşayev bildirib.

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı xəstəxanaya aparılıb.

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub.

Hazırda qatarlar normal iş rejimində hərəkət edir.

Xəbər lenti
0