10:18 19 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Körpə uşaq

Bəziləri əcaib səslənən bu adları uşaqlarımıza verə bilərik — SİYAHI

© Sputnik / Vladimir Vyatkin
CƏMİYYƏT
Qısa URL
178 0 0

Azərbaycanda uşaqlara qeyri-adi adlar verməyə icazə verildi

BAKI, 13 fevral — Sputnik. Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən qəribə adlar açıqlanıb.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, adlar siyahısında Atabərk, Aycan, Alak, Amangəldi, Cudi, Cumar, Curuş kimi kişi, Axirə, Anacan, Arıqız, Ayca, Ayda, Aysadə, Ayqan, Balı, Balış kimi qadın adları yer alıb.

Valideynlər övladlarına Abaqa, Abdar, Abdil, Abdulşir, Ablı, Absalat, Acaralp, Adıbaba, Adıbala, Adıgün, Adlıbəy, Ağamal, Akim kimi kişi, Abayət, Abıtel, Adaxanım, Adıdan, Afəridə, Afiliyə, Afrizə, Aftab, Ağanənə, Ağçiçək, Ağnur, Ağnurə, Ağanurə kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Atabərk, Ataqardaş, Ataulla, Ayman, Aləmgir, Amanulla, Amiyət, Anlar kimi kişi, Ağtab, Akça, Akpinar, Alabikə, Aldona, Aleftina, Aləmara, Aləməfruz, Aləmsuz, Alnarə, Alyanaq, Anabacı, Aybacı, Anatac, Anayə, Aniyə, Arasiyyə, Arasta, Ayat, Aysalı, Aytamam, Ayulduz, Aynaisə, Aznurə kimi qadın adları da yer alıb.

Körpələrə Bağdasər, Balaman, Bayel, Bilən, Bilgər, Birnur, Borazan, Bozər, Calib, Carər, Cavlı, Cəsarətdin, Cövzalı kimi kişi, Bacıgül, Badamnar, Badəgül, Baxçagül, Bağdaxanım, Balacaxanım, Başxanım, Bəyanə, Cəbirə (zor işlətmə), Cəbriyyə, Cəzanə (təngə gəlmək), Cığalı kimi qadın adları da qoyula bilər.

Əlaqədar

Azərbaycanda ən çox qoyulan adlar açıqlanıb - SİYAHI
Son beş ildə Azərbaycanda uşaqlara ən çox bu adlar verilib
Milli Məclis adlar və soyadlarla bağlı qanun layihəsini nəzərdən keçirəcək
Ötən il körpələrə ən çox bu adlar qoyulub
Teqlər:
qəribə, ad, körpə, uşaq

Əsas mövzular