00:21 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
268 0 0

Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılır

BAKI, 13 fevral — Sputnik. Paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə təmirinə start verilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 22 m təşkil edir. Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissəsində deformasiyalar əmələ gəlmişdi.

Nəcəfli qeyd edib ki, 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayırıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndiriləcək. Təmir-tikinti işləri çərçivəsində küçənin 1 km-lik hissəsində artıq köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihəyə uyğun olaraq ayırıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülür. Bunun üçün aidiyatı qurum tərəfindən yolun hərəkət hissəsi 4-5 metr dərinikdə və 5-6 metr enində qazılır. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilir. Artıq bu işlər yolun təqribən 400 m-lik hissəsində görülərək yekunlaşdırılıb.

Sözügedən işlərin yekunlaşdığı ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır. Yol ayrıcı sökülür, alt hissəsi 1 m dərinlikdə qazılaraq yararsız qrunt çıxarılır, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilir. Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılır. Yüksək gərginlikli elektrik xəttinin çəkilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0.8-1 m dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsaslı inşa edilir.

"Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, zəruri yerlərdə yeni sistem qurulacaq, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulacaq. 6 yerdə isə avtobusların ümumi hərəkətə mane olmamaları üçün dayanacaqlarının önündə xüsusi "cib"li hissələr yaradılacaq", — deyə o bildirib.

Bundan başqa, vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kv.m mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. Ümumilikdə, küçə boyu 3500 p-metr yeni səki daşının düzülməsi işləri aparılır.

Əlaqədar

Ölkə yollarında nə baş verir
Yol polisi piyadaları cərimələməyə başladı
Yeni yoldəyişən quraşdırılıb
Alternativ istiqamət seçin: Bu yol da bağlandı!
Bakıda yol polisinin üstünə silah çəkilib
Bakı-Sumqayıt yolundakı qəza ölümlə nəticələnib
Teqlər:
Avtomobil Yoları Dövlət Agentliyi, təmir, Anar Nəcəfli, yol, Bakı

Əsas mövzular