CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis külli miqdarda narkotik vasitəni dövriyyədən çıxardı

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv .şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv .şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fəttayev Xalıq Ərçivan qəsəbəsi ərazisində saxlanılaraq üzərinə baxış keçirilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan əldə etdiyi məlumata əsasən, fevralın 11-də Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Fəttayev Xalıq rayonun Ərçivan qəsəbəsi ərazisində saxlanılaraq üzərinə baxış keçirilib.

Keçirilən baxış zamanı saxlanılan şəxsin üzərindən bir bükümdə 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam edən tədbirlər nəticəsində X.Fəttayevin evinə baxış keçirilib. Astara polisi saxlanılan şəxsin evindən də 4 bükmüdə 2,52 kiloqram narkotik vasitə olan tiryək aşkar edib. Saxlanılan şəxs götürülmüş maddi sübutla bir yerdə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işinə başlanılıb.

Xəbər lenti
0