01:41 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Tovuzlular Xıdır Nəbi bayramını qeyd edir

Bu bölgəmizdə xalqımızın qədim bayramını böyük şövqlə qeyd etdilər

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
169 0 0

Kiçik çillənin ilk ongünlüyünün bitməsilə yazın gəlişini, təbiətin yenidən oyanmasını simvolizə edən "Xıdır Nəbi" bayramı keçiriib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Xalqımızın qədim tarixə malik olan mərasimlərindən biridə Xıdır Nəbi (Xızır İlyas) bayramıdır.

Xalq təqvimində qış fəsli iki əsas mərhələyə — 40 gün sürən böyük çilləyə və 20 günlük kiçik çilləyə bölünüb,. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır. Kiçik çillənin ilk ongünlüyü başa çatdıqdan sonra isə xalq artıq yazın gəlişini, təbiətin yenidən oyanmasını qeyd etmək məqsədilə "Xıdır gecəsi", "Xıdır Nəbi" kimi adlandırdıqları bayramı keçirir.

  • Tovuzlular Xıdır Nəbi bayramını qeyd edir
    Tovuzlular "Xıdır Nəbi" bayramını qeyd edir
    © Sputnik / Ilham Mustafa
  • Tovuzlular Xıdır Nəbi bayramını qeyd edir
    Tovuzlular "Xıdır Nəbi" bayramını qeyd edir
    © Sputnik / Ilham Mustafa
  • Tovuzlular Xıdır Nəbi bayramını qeyd edir
    Tovuzlular "Xıdır Nəbi" bayramını qeyd edir
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Tovuzlular "Xıdır Nəbi" bayramını qeyd edir

Bayramının ən qeyri-adi formada keçirən Tovuzun Yuxarı Öysüzlü kəndində "Xıdır Nəbi" mərasimi qeyd edilib. Fevral ayının 10-u günortadan sonra başlayaraq kənd sakinləri su, torpaq və alovun qovuşduğu məkana, inanc yeri olan "Ocaq çinarı"nın ətrafına toplaşmağa başlayıb. Rəvayətə görə, Xızır və İlyas qardaşları bu ağacın dibində qonaq olublar. Kənd sakinləri ən güclü küləyin onun budaqlarına təsir edə bilmədiyini, alovun bu ağacı yandırmadığına inanırlar.

Sakinlər ağacın ətrafında tonqallar və şamlar yandıraraq dilək tutublar. Ziyarətə gələnlərə şirniyyat və Xıdır Nəbi bayramının əvəzedilməz təamı olan qovud (Azərbaycanın milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri, qovrulmuş un və şərbətdən hazırlanır) paylanıb. Ziyarətçilər əl-ələ tutaraq ağacın başına dolanıraq dilək tutublar.

Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir.

Əlaqədar

Azərbaycanda Novruz bayramı qeyd edilir
Novruz bayramı neçəyə başa gəlir?
Bakıda 7 günlük Novruz Festivalı keçiriləcək
Novruz sovqatlarının qiyməti 25% bahalaşıb
Teqlər:
xəbərçi çərşənbə, yalançı çərşənbə, Ocaq çinarı, Xıdır gecəsi, Xızır İlyas, Xıdır Nəbi bayramı, Xıdır Nəbi, Tovuzun Yuxarı Öysüzlü kəndi

Əsas mövzular