CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda məktəbdə zorlanan qız damarlarını kəsib

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 10-da "Instagram" sosial şəbəkəsində canlı yayıma çıxan qız damarlarını kəsməyə başlayıb

BAKI, 11 fevral — Sputnik. "Hamının qorxduğu hadisə baş verib. 132-134 saylı Təhsil Kompleksində zorakılığa məruz qalan 7-ci sinif şagirdi ictimaiyyətin qınağından sonra intihara cəhd edib. Fevralın 10-da "Instagram" sosial şəbəkəsində canlı yayıma çıxan qız damarlarını kəsməyə başlayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.

Məktəbdə boş soyunub-geyinmə otağı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı məktəbində dəhşət: Azyaşlını zorlayan yeniyetmə tutuldu

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin geyinib-soyunma otağında gizli kamera vasitəsi ilə çəkilən video geniş müzakirələr səbəb olub. Videoda görünür ki, 11-ci sinif şagirdi olan C.R. 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olur. Gənc oğlan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 150.3.3. maddəsi ilə (aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli əməllər törətmək) cinayət işi başlanılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məktəbdə boş soyunub-geyinmə otağı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı məktəbində dəhşət: Azyaşlını zorlayan yeniyetmə tutuldu

"Görünür ki, qız bundan əvvəl də zorakılığın qurbanı olub, lakin bu barədə heç kim danışmır. Mən inanmıram ki, oğlanı həbs etsinlər. Hər şeydə qızı günahlandıracaqlar və onu heç kim müdafiə etməyəcək. Onlar başa düşməlidirlər ki, qız zorakılığın qurbanıdır. O uşaqdır, 13 yaşı var və böyük psixoloji problemləri var. İndi isə mənə belə söhbətlər çatıb ki, oğlan keçmiş nazirin nəvəsi olduğu üçün jurnalistlərə zəng vurub onun barəsində heç nə yazmamağı tələb ediblər", — Kəmalə Ağazadə deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, məktəbdən qovulma ən ağır cəza deyil. Cəmiyyət iki düşərgəyə bölünüb: biri qızı qınayır, digəri müdafiə edir. K. Ağazadə qeyd edib ki, qızın anası psixoloqdur və o, övladının müdafiəsinə qalxmalıdır.

"İndi ilk növbədə, bu videonu çəkən və yayanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bir çoxları bu videonu axtarır və baxmaq istəyir. Burada uşaq pronoqrafiyasının yayılması faktı var. Qızı məktəbdən qovdular, sonra? Onlar Azərbaycandan getməlidirlər?" — K. Ağazədə sual verir.

Hüquq-müdafiəçisi ictimaiyyəti qızın müdafiəsinə qalxmağa, ona bu vəziyyətdən çıxmaqda kömək etməyə çağırıb:

"Allaha şükür olsun ki, biz qadınların daş-qalaq edən cəmiyyətdə yaşamırıq".

Xəbər lenti
0