CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ərazilərdə su olmayacaq

© pixabay / com77380Питьевая вода, фото из архива
Питьевая вода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir

BAKI, 9 fevral — Sputnik. Bu gün Bakının bəzi mərkəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar, fevralın 9-da gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev, Natiq Əliyev, Əllədin Quliyev küçələrinə, Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0