09:54 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
45720

Bu məsələ yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində əksini tapıb

BAKI, 8 fevral — Sputnik. Əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 22-ci maddəsində (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) bildirilir ki, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir.

Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasında yeni hazırlanan "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Bundan öncə, yanvarın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi müzakirə edilib. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə ediləcək. Qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.

İşə qəbul
Karikatura
İşə qəbul

Əlaqədar

Əlilliyi olan şəxslərin hüquqları müzakirə edilib
Əlil qızın 163 min dollarını əlindən aldılar
İsrafilov: “Əlilliyi olan şəxsləri cəmiyyətdən ayırmaq məntiqə sığmır”
Sərxoş halda avtomobil idarə edən əlillər inzibati qaydada həbs edilə bilərmi?
Millət vəkili: "Gözdən əlillərin sadəcə 2 faizi özünə iş tapa bilir"
Teqlər:
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi, işəgötürən, əlilliyi olan şəxs, idarə, kvota, müəssisə, , təşkilat

Əsas mövzular