CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onu görənlərdən xahiş olunur ki...

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Qusar rayonunun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat vcerilib.

© © Fotolar R.Mehdiyevanın ailə üzvləri tərəfindən təqdim olunubRəna Mehdiyeva
Rəna Mehdiyeva - Sputnik Azərbaycan
Rəna Mehdiyeva

Bildirilib ki, R.Mehdiyevanın əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, yumru sifətli, şabalıdı uzun saçlı, gözlərinin rəngi qəhvəyi, sol yanağında xal vardır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0