CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizə pul gətirənlərin sayı açıqlandı

© AFP 2023 / ANDREJ ISAKOVICTurist
Turist - Sputnik Azərbaycan
Abunə olmaq
Beş ölkədən gələn turistlərin sayı ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib

BAKI, 8 fevral — Sputnik. Cari ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olub. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.

Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏƏ (2 869 nəfər) olunub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61%-ni təşkil edib.

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım cəmi 5 720 nəfər təşkil etmişdir ki, bu da ümumi artımın 21%-ni təşkil edib.

Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9%) kişi, 55 795 nəfəri (30.1%) isə qadınlar olub.

Xəbər lenti
0