00:25 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
109 0 0

30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub

BAKI, 7 fevral — Sputnik. Bakıda çoxmərtəbəli binada yanğın olub. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.

1 / 3
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında kabellər yanıb. 30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın söndürülüb.

Əlaqədar

Paytaxtda başlayan yanğın söndürülüb
Bakıda yanğın başlayıb, ətrafı duman bürüyüb
Qocalar evində yanğın oldu, ölən var
Bakıda yaşayış binasında yanğın, polislər zəhərləndilər, sakinlər təxliyyə olundu
"Novostroyka"da yanğın: Zəhərlənənlər var, sakinlər təxliyyə olunub
Teqlər:
çoxmərtəbəli bina, təxliyyə, Kabel, yanğın

Əsas mövzular