14:55 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
79021

Elektron sınaq imtahanında iştirak etmək istəyənlər 17 fevral saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər

BAKI, 7 fevral — Sputnik. Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə elektron sınaq imtahanı (təkrar) keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

DİM tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı* keçiriləcək.

Elektron sınaq imtahanında iştirak etmək istəyənlər 17 fevral saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 17 fevral 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. "Şəxsi kabinet" bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin "Şəxsi kabinet"ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği "Şəxsi kabinet"də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

* Sınaq imtahanında DİM tərəfindən 4 fevral 2018-ci il tarixində ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Əlaqədar

İşə qəbul üzrə imtahanın nəticələri açıqlandı, vakansiya seçimi başladı
Maraqlananların nəzərinə: İmtahanın nəticəsi açıqlandı
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan olacaq
Müəllimlərin işə qəbul imtahanının vaxtı və yeri bəlli oldu
Magistraturaya sınaq imtahanlarının vaxtı və qiyməti bilindi
Teqlər:
sınaq imtahanı, Dövlət İmtahan Mərkəzi, magistratura

Əsas mövzular