10:46 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
67 0 0

Cahangir Əsgərov "Boeing" şirkətinin "Boeing 747-8F" təyyarələrinin istehsalı proqramının bağlanması barədə potensial qərarından təəssüfləndiyini bildirib

BAKI, 7 fevral — Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərov Bakıda "Cargolux" yük aviaşirkətinin Prezidenti və İcraçı Direktoru Riçard Forson ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Tərəflər, əsası 2001-ci ildə qoyulan "Cargolux" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə müntəzəm yük aviadaşımaları reysləri yerinə yetirməsi sahəsindəki 17 illik səmərəli işindən danışıblar. Aviaşirkətlər arasında əməkdaşlıq 2010-cu ildən 2014-cü ilə kimi "Cargolux" şirkətinin Azərbaycanın "Silk Way Airlines" aviaşirkətinə 3 ədəd "Boeing 747-400F" təyyarəsinin tədarük edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra daha da möhkəmlənib. Hazırda hər iki aviaşirkət arasında əməkdaşlıq həmçinin "Boeing 747" təyyarələrinə texniki xidmət, bu təyyarənin simulyatorunda heyət hazırlığı və s. nəzərdə tutur.

Cahangir Əsgərovun sözlərinə görə, hazırda Azərbaycan mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb. Yükdaşımaları bazarında özünü çox yaxşı tanıdan yeni geniş füzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin istifadəsi bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Eyni zamanda, Cahangir Əsgərov " Boeing " şirkətinin "Boeing 747-8F" təyyarələrinin istehsalı proqramının bağlanması barədə potensial qərarından təəssüfləndiyini bildirib. Belə ki, Azərbaycanın mülki aviasiya üçün yaxın 10 il ərzində 20 ədəd "Boeing 747-8F" təyyarəsinin alınmasına ehtiyac olacaq və bununla da əlaqədar olaraq Cahangir Əsgərov bu tipli hava gəmisinin istehsalının davam etdirilməsi üçün Boeing Korporasiyasına müraciət etməyi təklif edib.

Əlaqədar

AZAL-ın işində nöqsanlar tapıldı, Milli Məclisə məlumat verildi
AZAL böyük endirim etdi
AZAL-dan sərnişinlərə "sürpriz"
AZAL "Aeroflot"dan izahat tələb edəcək
AZAL-ın təyyarəsi rekord vurdu
İstanbul terrorunda zərərçəkənlər arasında AZAL-ın sərnişini yoxdur
Teqlər:
"Cargolux", Boeing 747, AZAL

Əsas mövzular