CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatalalı qardaşlar cinayətdə əlbir oldular

Abunə olmaq
Zaqatalada mağazadan oğurluq edən qardaşları nəhayət, polis saxlayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Zaqatalada mağazadan oğurluq edən qardaşlar saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

© Sputnik / Shahperi AbbasovaElsevər Muradov
Elsevər Muradov  - Sputnik Azərbaycan
Elsevər Muradov

Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Zaqatala rayon Bəhmətli kənd sakinləri — əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Muradov Elsevər Vəliəddin oğlu və qardaşı 1976-cı il təvəllüdlü Muradov Eldəniz Vəliəddin oğlunun Qax rayonu və şəhəri ərazisindəki bir neçə mağazadan oğurluq etdikləri müəyyən edilib.

© Sputnik / Shahperi AbbasovaEldəniz Muradov
Eldəniz Muradov  - Sputnik Azərbaycan
Eldəniz Muradov

Sözügedən şəxslər Qax rayonunun Tasmalı, Şotavar və Baydarlı kəndlərində də bir neçə mağazaya girərək siqaret və pul oğurlayıblar.

Qax rayon Polis Şöbəsinin istintaq qrupunun baş müstəntiqi, polis kapitanı Elvin Məmmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxslərin 2017-ci ilin noyabr ayında Qax şəhər sakini Məmmədova Tamara Abuzər qızına məxsus mağazadan da pul oğurladıqları müəyyən edilib.

Hazırda həmin faktlar üzrə cinayət işi başlayıb, ibtidai istintaq davam etdirilir.

Xəbər lenti
0