10:54 19 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
20410

Piyada yazılan protokolla razılaşaraq sənədə öz qeydini yazıb və söz verib ki, bir daha müəyyin edilməmiş yerdən yolu keçməyəcək

BAKI, 6 fevral — Sputnik. Fevralın 5-də Bakı-Sumqayıt yolunda – Beynəlxalq Avtovağzalın yaxınlığında piyada kobud qayda pozuntusuna yol verərək özünü təhlükəyə atıb. Sputnik Azərbaycan avtosfer-ə istinadla xəbər verir ki, onun bu hərəkəti ərazidə quraşdırılmış "Təhlükəsiz şəhər" kamerası vasitəsilə qeydə alınıb. Görüntülərdən aydın olur ki, piyada çoxzolaqlı yolun ortasındakı beton arakəsmələrin üzərinə çıxaraq yolun qarşı tərəfinə keçmək istəyir. Bir hissəni keçsə də, digər hissədən keçə bilməyib. Hadisə anı "Ekologiya postu"ndan müşahidə olunduğu üçün dərhal əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Ekoloji nəzarət bölüyünün əməkdaşları göndərilib. DYP avtomobili təhlükəsizlik qaydalarına uyğun olaraq sayışan işıqları yandırmaqıa piyadaya yaxınlaşıb. YPX əməkdaşları onu avtomobilə mindirərək posta gətiriblər. Burada şəxsiyyəti müəyyən edilərkən məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 24 yaşlı Malik Rzayevdir. Piyadaya kobud qayda pozuntusuna yol verdiyi izah olunub və o, inspektor Qulu Ağayev tərəfindən barəsində inzibati protokol tərib edilməklə 20 manat məbləğində cərimə edilib. Piyada da yazılan protokolla razılaşaraq sənədə öz qeydini yazıb və söz verib ki, bir daha müəyyin edilməmiş yerdən yolu keçməyəcək.

Ekoloji nəzarət bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov bildirib ki, inspektorlar piyadanı təhlükəli ərazidən çıxarandan sonra həmin şəxs səmimi peşmançılığını bildirib: "Amma belə hallar bu yolda ilk dəfə baş vermir. Hər gün onlarla piyada bu cür şəraitdə yolu keçir. Kameralar vasitəsilə müşahidə edilən kimi dərhal əməkdaşlarımız onları saxlayıb cərimə yazır. Gün ərzində təxminən 20-25 piyadaya cərimə yazılır. Onlara xəbərdarlıq edirik, bunun təhlükəli olduğunu izah edirik. Amma bəzən bir piyada ikinci dəfə eyni əməli təkrar edir. Belə hallar bizi çox narahat edir. Hər bir qəza, hər bir piyadavurma hadisəsi bizi çox narahat edir. Bir piyada vurularkən bunu öz yaxınımızın başına gələn hadisə kimi qəbul edirik, narahat oluruq, belə hallar bizi də incidir. Odur ki, sizin vasitənizlə piyadalara səslənirik, qoy onlar qaydalara əməl edərək özlərinin və başqalarının həyatını təhlükəyə atmasınlar. Bu ərazidə sürət həddi 80-90 km/saat müəyyən edilib. Belə yollardan keçmək piyadalar üçün çox təhlükəlidir. Onlar özləri ilə yanaşı sürücüləri də təhlükəyə atırlar. Belə hallara qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Hər kəs öz məsuliyyətini dərk edib qaydalara əməl etməlidir".

Əlaqədar

Piyada qətliamı davam edir: vəsiqəsiz sürücü 66 yaşlı qadını öldürdü
Bu dəfə polis piyada keçidini gözləmədi - Bakıda qəza
Dəhşətli qəzanın qurbanı yenə piyada oldu
Bakıda piyada faciəvi şəkildə öldü
Piyada keçidindən keçməyən şəxsin aqibəti faciəli oldu

Əsas mövzular