CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentdən yeni mühüm qərar: 18 il əvvəlki fərmana dəyişiklik edildi

Abunə olmaq
İlham Əliyev 2000-ci il 29 dekabr tarixli 435 nömrəli fərmanda dəyişiklik edilməsi haqqında fərman verib

BAKI, 6 fevral — Sputnik. Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Dövlət qulluqçusu olmaq istəyənlərin diqqətinə

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 15-1.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılmasının yeni qaydaları ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. həmin Qanunun 15-1.4-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 15-2.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. beynəlxalq təcrübə nəzərə alınmaqla "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Müəllimlərin imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət qulluğunda çalışmaq istəyənlər tələssinlər

1.8. bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqram təminatının hazırlanması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılması üçün tədbirlər görsün;

1.9. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Fərmanın 1.5-ci bəndində nəzərdə tutulmuş Strategiya layihəsi hazırlanarkən həmçinin aşağıdakı məsələlər nəzərə alınsın:

2.1. dövlət qulluğunda institusional islahatlar;

2.2. dövlət qulluğunda kadr siyasəti;

2.3. dövlət qulluğunda rotasiya;

2.4. dövlət qulluqçularının peşəkarlığının və səmərəliliyinin artırılması məqsədi ilə dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi;

2.5. dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi;

2.6. dövlət qulluğunun informasiya təminatı, o cümlədən elektron dövlət qulluğunun inkişaf etdirilməsi;

2.7. dövlət qulluqçularının stimullaşdırılması məqsədi ilə mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında "İşçilərin Şəxsi İşlərinin Elektron Məlumat Sistemi" (bundan sonra – Sistem) yaradılsın.

4. Müəyyən edilsin ki:

4.1. Sistem proqram təminatı vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hər bir işçisi üçün elektron şəxsi iş qovluğunun yaradılmasını, şəxsi iş qovluğunda olan sənədlərin və məlumatların elektron qaydada tərtib olunmasını və aparılmasını, habelə Sistemdə olan məlumatların daim yenilənməsini təmin edir;

4.2. Sistemin administratoru funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir, texniki təminatını və işlək vəziyyətdə olmasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, təhlükəsizliyini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti təmin edir.

5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

5.1. Sistemin proqram təminatının hazırlanmasını və tətbiqini təmin etsin;

5.2. "İşçilərin Şəxsi İşlərinin Elektron Məlumat Sistemi"ndən istifadə qaydalarını iki ay müddətində müəyyən etsin;

5.3. bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqramın tətbiqi ilə bağlı zəruri tədbirlər görsün və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Fərmanın 4.2-ci və 5.1-ci bəndlərindən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi vəzifəli şəxslərin şəxsi iş qovluğunun elektron qaydada tərtib olunması və aparılması ilə bağlı müvafiq proqram təminatını həmin proqramın administratoru olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklifləri əsasında doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin.

8. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518) 3.1-ci bəndində "maddəsində" sözü ", 15-1.3-cü və 15-2.3-cü maddələrində" sözləri ilə əvəz edilsin.

The word 'stop' written on a man's hand - Sputnik Azərbaycan
Artıq bu şəxslərin dövlət qulluğuna gedən yolu bağlandı

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Qeyd edək ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 824-VQD nömrəli Qanunu, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 850-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü maddənin birinci hissəsinə "müddəaları" sözündən sonra ", həmçinin bu Qanunun 15-1-ci maddəsi" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 15-1-ci və 15-2-ci maddələr əlavə edilsin:

"Maddə 15-1. Dövlət qulluqçusunun şəxsi işi

15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.

15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.

15-1.3. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

15-1.4. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 15-2. Dövlət qulluqçusunun xidməti vəsiqəsi

15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.

15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.

15-2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

Xəbər lenti
0