13:28 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
456 0 0

"2018-ci il üçün iş vaxtının norması" və "2018-ci ilin istehsalat təqvimi"ndə müvafiq dəyişikliklər ediləcək

BAKI, 6 fevral — Sputnik. Azərbaycanda prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar "2018-ci il üçün iş vaxtının norması" və "2018-ci ilin istehsalat təqvimi"ndə müvafiq dəyişikliklər ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

"Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Milli Məclisin deputatlarının, Prezidentin, bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir" deyə qeyd edən E.Babayev diqqətə çatdırıb ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Şöbə müdiri vurğulayıb ki, "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" prezidentin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi barədə sərəncam verilib.

"Yuxarıda qeyd edilənlərə əsasən, Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "2018-ci il üçün iş vaxtının norması" və "2018-ci ilin istehsalat təqvimi"ndə müvafiq dəyişikliklər edilərək aprel və oktyabr aylarının aylıq iş vaxtı norması təshih olunacaq", — deyə E.Babayev bildirib.

Əlaqədar

Prezident seçkiləri ilə bağlı cədvələ dəyişiklik edildi
Əli Həsənov: “Növbədənkənar seçkilər barədə qərar Konstitusiyaya tam uyğundur
Növbədənkənar seçkilərdə irəli sürüləcək namizədlə bağlı qərar verildi
Növbədənkənar seçki hazırlığına başlanacağı tarix bəllidir
Prezidentin köməkçisindən növbədənkənar seçkilərlə bağlı çağırış
Teqlər:
iş günü, Elman Babayev, Əmək Məcəlləsi, maddə, Azərbaycan, prezident seçkiləri

Əsas mövzular