CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maraqlananların nəzərinə: İmtahanın nəticəsi açıqlandı

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1307 nəfərdən 25 nəfəri imtahana gəlməyib

BAKI, 5 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 4-də magistraturaya qəbulla bağlı keçirilmiş sınaq imtahanının nəticələrini bu gün elan edib.

Sputnik Azərbaycan DİM-ə istinadla xəbər verir ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1307 nəfərdən 25 nəfəri imtahana gəlməyib. 1282 nəfərin imtahan nəticələri DİM-in internet portalında yerləşdirilib.

Xəbər lenti
0