CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənub bölgəsində ağır qəza

© Sputnik / Rahim MuradovLənkəran Rayon Mərkəzi Xəstəxanası
Lənkəran Rayon Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan sürücü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Astarada Təngərüd kəndi ərazisində avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, sərnişin daşıyan "Ford" markalı mikroavtobusla "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Məlikov Adil Tərhəm oğlu ağır xəsarət alıb. Xəsarət alan A.Məlikov dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata əsasən, A.Məlikovun vəziyyəti ağır qiymətləndirilir.

Baş vermis qəza ilə bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0