CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı ifaçı: “Paltarlı və ya paltarsız bədənimi niyə göstərməyim?”

Abunə olmaq
Hətta mənim rəfiqələrim belə, deyirlər ki, şəkillərimi nümayiş etdirənə qədər belə gözəl sinəmin, ombamın olduğunu bilmirlərmiş

BAKI, 1 fevral — Sputnik. Tanınmış azərbaycanlı ifaçı Dilarə Kazımova son zamanlar pərəstişkarlarını tez-tez yeni mahnıları ilə sevindirir. Müğənni jurnalistlərlə görüşündə layihələri barədə danışıb, onları, o cümlədən Sputnik Azərbaycan-ın müxbirini maraqlandıran suallara cavab verib.

© Sputnik / Kemale AliyevaDilarə Kazımova
Dilarə Kazımova - Sputnik Azərbaycan
Dilarə Kazımova

— Dilarə, “Avrovizion” beynəlxalq mahnı müsabiqəsində iştirakdan sonra bütün ifaçılar yaradıcılığında kiçik fasilə verir. Bu nə ilə bağlı olur?

— Başqa ifaçıların səbəbi barədə danışa bilmərəm. Mənim fasilə verməyim isə ingilis dilində albom üzərində işləməyimlə bağlı idi. Daima Kiyevə uçur, sonra geri qayıdırdım. Bu səbəbdən də, öz ölkəmdə yeni layihələr üzərində işləməyə ümumiyyətlə vaxtım qılmırdı. Artıq bu albom çıxıb və Avropada nümayiş olunur.

Əlbəttə, “Avrovizion”dan sonra insan bütün hallarda çətinlik hiss edir. Çünki sən dincəlməli və bundan sonra nə etmək istədiyini anlamalısan. İndi mən yeni layihələrimi Azərbaycanda həyata keçirmək və bizim publikamız üçün albom buraxmaq istəyirəm. Xaricdə məni artıq tanıyırlar və indi mən öz Vətənimdə tanınmaq istəyirəm. Mahnıları daha çox doğma dilimdə ifa etmək istədiyimə görə, Azərbaycan dilini daha dərindən öyrənməyə başlamışam.

— Sizə kim kömək edir?

— Mən, bütün layihələrimlə məşğul olan professional komanda ilə çalışıram. Ola bilsin ki, gələcəkdə kimsə bizi dəstəkləsin. Hələlik isə heç kim dəstəkləmir.

© Sputnik / Kemale AliyevaDilarə Kazımova
Dilarə Kazımova - Sputnik Azərbaycan
Dilarə Kazımova

— Heç kimə sirr deyil ki, xaricdə ulduzlar irəliyə getmək üçün açıq-saçıq fotosessiyalarda, bədənlərini nümayiş etdirdikləri çarxlara çəkilirlər. Siz buna necə yanaşırsınız? Şöhrət üçün öz gözəlliyini və bədənini reklam etmək nə dərəcədə doğrudur?

— Bu, çox vacibdir. Yunanıstanda “Avrovizion” müsabiqəsində iştirak edən zaman mənə daima deyirdilər ki, müğənninin gözəl xarici görünüşü və bədəni olmalıdır. Mənə tez-tez sual verirlər ki, sən niyə soyunursan? Hətta mənim rəfiqələrim belə, deyirlər ki, şəkillərimi nümayiş etdirənə qədər belə gözəl sinəmin, ombamın olduğunu bilmirlərmiş. Belə çıxır ki, sən göstərməyənə qədər heç kim bunu görməyəcək. Əgər mən həftədə bir neçə dəfə öz bədənim üzərində işləyirəmsə, onu ciddi nəzarətdə saxlayıramsa, paltarlı və ya paltarsız şəkillərdə çox yaxşı görünürəmsə, niyə də göstərməyim? Azərbaycan dünyəvi dövlətdir, buna görə də, hesab edirəm ki, bu, tam normaldır.

— Deməli, öz gözəlliyinizdən istifadə edirsiniz?

— Edirəm.

© Sputnik / Kemale AliyevaDilarə Kazımova
Dilarə Kazımova - Sputnik Azərbaycan
Dilarə Kazımova

— Amma çoxları açıq-saçıq fotolara görə sizi tənqid edir…

— Deməli, bu insanlar mənim barəmdə heç nə bilmirlər. Mən həmişə açıq-saçıq geyimlər geymişəm. Belə şərhləri ancaq həyatda bəxti gətirməyən, öz acıqlarını başqasından çıxmaq insanlar yazırlar. Güman etmirəm ki, onların arasında mənim həmkarlarım var. Çünki heç zaman heç kimlə qalmaqal yaşamamışam. Həmişə demişəm, belə bədənə sahib olmaq istəyirsinizsə, gedin idman zalında məşğul olun.

— Nə zamansa plastik əməliyyat eləmisiniz?

— Mən əməliyyatdan çox qorxuram. Amma gələcəkdə lazım olsa, mütləq edəcəyəm. İndiyə kimi həkimlərin köməyindən istifadə etməmişəm. Hamı mənim plastik əməliyyat elədiyimi düşünsə də, bu, belə deyil. Hələlik buna ehtiyac duymuram. Ən yaxşısı idmanla məşğul olmaqdır. Bəxtim onda da gətirib ki, nə qədər yesəm də, artıq çəkim olmur.

© Sputnik / Kemale AliyevaDilarə Kazımova
Dilarə Kazımova - Sputnik Azərbaycan
Dilarə Kazımova

— İkinci dəfə ailə həyatı qurmaq niyyətiniz yoxdur?

— Bəlkə çoxları bilmir ki, ərimdən boşandığım barədə məlumatlar yayılanda, mən hələ rəsmi olaraq ailəli idim. İndi isə rəsmi olaraq boşanmışam və ürəyim heç kimə məxsus deyil. Mənim şəxsi həyatımda heç kim yoxdur, çünki tam olaraq yaradıcılığımla məşğulam. Mən heç zaman sevgi axtarmıram, güman edirəm ki, sevgi özü məni tapacaq.

Xəbər lenti
0