CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis bayraq, gerb və himn barədə qanunlara yenidən baxacaq

Abunə olmaq
Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələrinə baxılacaq

BAKI, 1 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin yaz sessiyası üçün qanunverici işlər planı müzakirə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin yaz sessiyasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Konstitusiya qanunlarına baxılması nəzərdə tutulur.

Bundan əlavə, "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Daxili qoşunlar haqqında", "Ələt Azad İqtisadi Zonası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşma haqqında", "Hesablama Palatası haqqında", "Kabel şəbəkəsi yayımı haqqında", "Kinemotoqrafiya haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Turizm haqqında", "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", "Peşə təhsili haqqında" qanun layihələri müzakirəyə çıxarılması planlaşdırılır.

Həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələrinə baxılacaq.

Müzakirələrdən sonra qanunverici işlər planı səsə qoyularaq təsdiqlənib.

Xəbər lenti
0