15:46 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı

Azərbaycanda ölülərin üz döndərdiyi qəbiristanlıq - Müəmma çözüldü

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
521820

"Şəriətə görə, dəfn edilən meyit sağ çiyni üstə qoyularkən üzü qibləyə olmalıdırsa, bu qəbirlərdəki ölülərin başının arxası o istiqamətə baxır"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığının yaşı iki əsrədək gedib çıxır. Məzarlıq rayon mərkəzinə yaxın yerləşdiyindən burada şəhər sakinləri də dəfn edilir.

Bu qəbiristanlığı digərlərindən fərqləndirən isə buradakı qəbirlərin bir-birinə əks istiqamətə baxmasıdır. Kənd sakinlərinin sözlərinə görə, dəfn edilənlərin hamısı müsəlman olmasına baxmayaraq, 70-dək qəbir digərlərindən fərqlənir. Hətta elə ər-arvad qəbirləri var ki, onlardan birinin üzü qibləyə, digərinin üzü isə başqa istiqamətə basdırılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən məsələ ilə bağlı Yuxarı Qarxun kəndində yaşayan molla Zaməddin Salahovla söhbətləşib. Molla üzü qiblə istiqamətinə olmayan qəbirlərin Yevlaxda yaşayan qaraçı tayfalarına aid olduğunu deyib.

Yuxarı Qarxun kəndində yaşayan molla Zaməddin Salahov
© Sputnik / Ilham Mustafa
Yuxarı Qarxun kəndində yaşayan molla Zaməddin Salahov

"Yevlaxda bir-birindən fərqli iki qaraçı tayfası var ki, onların hər ikisi müsəlmandır, xeyirləri-şərləri, bir qayda olaraq, şəriətə uyğun aparılır. Bu tayfalar ötən əsrin ortalarında Yevlax ərazisinə gələrək Yuxarı Qarxun kəndi yaxınlığında çadırlar quraraq yerləşiblər və ölülərini də bu məzarlıqda dəfn ediblər", — o danışıb.

Z.Salahovun sözlərinə görə, Xruşşovun (1953-1964-cü illərdə Sov.İKP MK Baş katibi) qaraçıların köçəri yaşamalarını qadağan etməsi və onlara istədikləri yerdə məskunlaşa bilmək ixtiyarı verilməsindən sonra qaraçılar Yevlax şəhəri ərazisində məskunlaşıblar: "Bundan sonra da ölülərini yenə Yuxarı Qarxun məzarlığında dəfn ediblər".

Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı
© Sputnik / Ilham Mustafa
Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı

Qəbirlərin əks istiqamətlərdə basdırılmasına gəlincə isə, molla bunun onların başqa dinlərə sitayişdən irəli gəlmədiyini, sadəcə bilməməzlikdən, vaxtında düzgün istiqamət verilmədiyindən olduğunu bildirib: "Əvvəllər onlara göstərib, başa salan olmayıb və nəticədə bir neçə qəbir düzgün qazılmayıb. Sonradan tayfadan ölən olduqca əvvəlki qəbirlərə uyğun dəfn edilib".

"İndi isə başa salırıq ki, belə qəbir forması şəriətə uyğun deyil. Qəbir elə qazılmalıdır ki, ölü sağ çiyni üzərinə qoyularkən üzü qibləyə baxsın. Bunların isə başlarının arxası qibləyə baxır", — deyə molla əlavə edib.

Müsahibimiz əksər insanların dediklərinə əməl etdiyini bildirsə də, bəzilərinin "mənim atam bu istiqamətdə dəfn edilib, mən də belə edirəm deyib" öz bildiklərini edənlərin də olduğunu deyib.

Əlaqədar

Ölümündən iki ay sonra qəbirdən çıxarıldı və hamını şoka saldı
Baş örtüyünü ağaca bağlayır, qəbiristanlıqda toxumları udur və gözləyirlər...
Şəkidə 56 yaşlı qadın özünü qəbiristanlıqda niyə asıb?
Qəbiristanlıqlar da qadağan edilmiş zonalara daxil edildi
Şamaxıda oğrular qəbir daşına belə göz dikdilər...
Azərbaycanda "Ordu qəbiristanlığı" yaradıla bilər
Artıq qəbirlər belə olacaq
Azərbaycanda ilanların mühafizə etdiyi qəbir kimindir
Teqlər:
Zaməddin Salahov, qiblə, qaraçı, Yuxarı Qarxun kəndi, Yevlax rayonu, molla, qəbir, müsəlman, qəbiristanlıq, meyit

Əsas mövzular