09:22 17 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Səbail rayonu Bayıl yamacında qanunsuz tikililər

Nazirlik qanunsuz evlər məsələsinə aydınlıq gətirdi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
499 0 0

ETSN rəsmisi: "O torpaqlar Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyənin balansında olduğuna görə, orada evlərin qanunsuz tikilib-tikilməməsi məsələsi bu qurumların məsuliyyətindədir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Bayıl yamacında "Teleqüllə" ərazisində hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları çalışırlar. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, hazırda qurumun əməkdaşları Bayıl yamacında sürüşmə zonasındadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov
© Sputnik / Irade CELIL
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov

"Bu gün qazma işlərinə başlanılacaq. Ərazidə müəyyən işlər aparılıb. Bu gün çatlarda olan mayaklar yenilənəcək. Sürüşmə kiçik olanda onu gözlə görmək mümkün olmur. Buna görə, də mayaklar qoyulur", — ekspert bildirib.

"Əvvəlki günlər yağış yağdığı üçün o mayakları təzələyə bilməmişdik. Çünki yağış mayakları yuyub aparır. Qazma işləri ilə müəyyən edə biləcəyik ki, sürüşmə müstəvisinin dərinliyi nə qədərdir. Bundan sonra nəmliyi, fiziki xüsusiyyətləri öyrəniləcək", — o əlavə edib.

Ərazidə yeraltı çayların axması məsələsinə gəldikdə isə, Əziz Qaralov qeyd edib ki, yeraltı çayın olması mümkün deyil: "Yeraltı sulu horizontlar, qurunt suları var. Su tələləri var ki, harasa yığılır, amma çay şəklində axıb harasa getməsi mümkün deyil".

ETSN rəsmisinin sözlərinə görə, ərazidə torpaqlar Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyənin balansında olduğuna görə, orada evlərin qanunsuz tikilib-tikilməməsi məsələsi bu qurumların məsuliyyətindədir: "Ərazidə 30-a yaxın qaçqın, məcburi köçkün evi var. 90-cı illərdə məcburi köçkünlər Bakıya gələndə kim harda gəldi, məskunlaşmağa başladı. İnsanlar da onlara məskunlaşmaları üçün kömək edirdi. Yəni 30-a yaxın ev bu şəkildə tikilib. Sonrakıların taleyini isə bilmirəm".

Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyəti (RİH) Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi və ərazidəki qanunsuz evlərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib: "Müəyyən olunub ki, burada tikilən evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib. Hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır".

"Təəccüblüsü isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər nə hansısa bir araşdırma aparıb, mövcud vəziyyətlə maraqlanmayıblar. Heç bir sualla müraciət etməyərək, ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar. Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq", — Səbail RİH-dən bildirilir.

Əlaqədar

"Teleqüllə" ətrafında sürüşmə davam edir, nazir operativ tapşırıq verdi
"Teleqüllə" aşacaqmı - Rəsmi cavab
"Teleqüllə köçkünləri"nin taleyinə aydınlıq gətirildi
"Teleqüllə" ətrafında təhlükə davam edir - Hadisə yerindən
Ətrafında çatlar yaranan Teleqüllə ilə bağlı açıqlama verildi
Teqlər:
Bayıl yamacı, "Teleqüllə", Səbail Rayon İcra Hakimiyyəti, qanunsuz tikili, Əziz Qaralov, ETSN, sürüşmə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular