CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yol buz bağladı, zəncirvari qəza oldu

© Photo : REPORTЦепная авария на Шиховском участке дороги Баку-Сальян
Цепная авария на Шиховском участке дороги Баку-Сальян - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb

BAKI, 29 yanvar — Sputnik. Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, "Mercedes", "Hundai" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb.

Yaralılardan biri 1992-ci il təvəllüdlü Qurbanov Orxan İlqar oğludur. Onun vəziyyəti ağırdır. Digər yaralının adı hələ ki, məlum deyil.

Qəzaya yuxarı məhəllədən yola axan suyun donması səbəb olub.

Əraziyə DİN-in Çevik Polis Alayı və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Asayiş keşikçiləri maşınların hərəkətini asanlaşdırmaq üçün yola duz səpiblər.

YPX əməkdaşlarının həmin ərazidə avtomobillərin aşağı sürətlə hərəkət etməsini tənzimləməsinə baxmayaraq, yüksək sürətlə gələn "99-LS-111" dövlət qeydiyyat nişanlı BMW markalı maşın yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Xəbər lenti
0