10:12 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Tofiq Bəhramov

Almanların düşməni, ingilislərin qəhrəmanına çevrilən məşhur azərbaycanlı

© Foto : Public domain
CƏMİYYƏT
Qısa URL
39310

Müasir texnologiya ilə aparılan araşdırma azərbaycanlı hakimin öz qərarında haqlı olduğunu sübuta yetirib

BAKI, 29 yanvar — Sputnik. Yanvarın 29-da azərbaycanlı futbol hakimi Tofiq Bəhramov anadan olub (1925-1993).

Sputnik Azərbaycan xəbər verir ki, o, 1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyununda yan xətt hakimi kimi verdiyi qərarla tarixə düşüb. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatıb. Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olunub. 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herstun zərbəsi ilə top qapı dirəyinə dəyərək yerə düşüb. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən yan xətt köməkçisinin fikrini soruşub. T.Bəhramov əminliklə meydanın mərkəzini göstərib.

2016-cı ildə Britaniyanın "Sky Sports" telekanalında T.Bəhramovun verdiyi həmin qərar növbəti dəfə müzakirəyə çıxarılıb. Müasir texnologiya ilə aparılan araşdırma azərbaycanlı hakimin öz qərarında haqlı olduğunu sübuta yetirib.

Əlaqədar

Azan səsini eşidən ingilis hakim oyunu dayandırdı
Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat alıb
Hakimi belə döydülər
Tanınmış hakim "Qarabağ"ın verilməyən penaltisindən danışdı
Teqlər:
Tofiq Bəhramov, hakim, doğum günü

Əsas mövzular