CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakini internetdə tanış olduğu qadının qurbanı oldu

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidЧеловек в маске балаклавы. Архивное фото
Человек в маске балаклавы. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb

BAKI, 27 yanvar — Sputnik. Bakıda maskalı şəxslər evə basqın edib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.

Dərhal Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.

Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda müdhiş bank soyğunu baş verib

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub.

Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Görülmüş tədbirlərlə onlardan biri — paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0