12:20 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
85 0 0

Şura sədri: "Bir QHT bir il ərzində 1200-1300 manatla nə edə bilər?"

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il fəaliyyətinin yekunlarına dair hesabat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, hesabat konfransında QHT üzvləri, media nümayəndələri və digər şəxslər iştirak edib.

Hesabat konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərin suallarını da cavablandırıb. A.Quliyev xarici QHT-lər ilə bir çox layihələrin həyata keçirildiyini bildirib.

"Bu layihələrin bəziləri mətbuata açıq olub, bəzi hallarda isə milli maraqlarımızın təminatı baxımından donorun kim olduğunun qabardılmasını istəməmişik. Prezident vaxtilə belə layihələrin maliyyələşdirilməsi üçün vəsait ayırıb. Təəssüflər olsun ki, iki ildir xarici QHT-lərin proqramlarını maliyyələşdirməyi tamamilə dayandırmışıq" — o deyib.

Şura sədri quruma ayrılan vəsaitlərin az olduğunu da dilə gətirib: "Milli Məclisdə müzakirələr zamanı bu məsələni qeyd edirəm. Təsəvvür edin ki, Şuraya QHT-lərin fondu üçün illik ayrılan vəsait 5 milyon manatdır. Bu gün Azərbaycanda 4 minə yaxın QHT fəaliyyət göstərir. Biz həmin fondu riyazi olaraq 4 min QHT-yə bölsək, 1200-1300 manat pul düşür. Şuraya dövlət büdcəsindən QHT layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kifayət etmir. Bir QHT bir il ərzində 1200-1300 manatla nə edə bilər?"

Qurum rəsmisi buna görə də QHT-lərə ayrılan vəsaitin azaldılacağını qeyd edib: "Məcburuq ki, QHT-lərin layihələrinə ayrılan vəsaitin həcmini azaldaq. Biz maksimum bir layihəyə 10 min manatın ayrılmasını nəzərdə tuturuq. Amma QHT-lərin hamısının layihəsinə 10 min manat ayıra bilmirik, bəzilərinə hətta 5-8 min manat ayırırıq. Bu, bizim üçün əsas problemlərdən biridir. Ümid edirəm ki, növbəti ildə mütləq şəkildə bu məsələyə baxılacaq".

Azay Quliyev onu da əlavə edib ki, Şura özəl sektoru, bu və ya digər şəkildə QHT-lərin layihələrinin maliyyələşdirilməsinə cəlb etmək istəyir: "Biz Şuranın tərkibində bu məqsədlə ayrıca bir fond, hesab yaratmağı düşünürük. Həmin hesaba maraqlı ideyaların maliyyələşdirilməsi üçün müxtəlif donor təşkilatlarının, yəni kommersiya qurumlarının cəlb edilməsini nəzərdə tutmuşuq. Çox istərdim ki, mətbuat da bizə dəstək versin ki, kommersiya qurumlarını bu təşəbbüsə cəlb etmək daha asan olsun".

"Onu da deməliyəm ki, alternativ maliyyə mənbələri olmadan QHT-lərin fəaliyyəti günü-gündən çətinləşəcək. İstərdim ki, həm hökumət, həm də özəl sektor QHT-lərin nəcib fəaliyyətinə dəstək versinlər, bir çox layihələrin maliyyələşdirilməsi mümkün olsun", – deyə Azay Quliyev diqqətə çatdırıb.

Əlaqədar

"Bir ildə 1000-1300 manat vəsaitlə QHT-lər hansı işlər həyata keçirə bilərlər"
QHT-lər bu şərtə əməl etməsə...
QHT rəhbərləri prezidentə müraciət etdilər
İcraçı direktor: “Dövlət QHT-lərin güclənməsini istəyir”
QHT-lərin problemləri müzakirə olunub
QHT-lər çirkin kampaniyaya etiraz etdilər
Teqlər:
hesabat konfransı, donor, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, vəsait, Azay Quliyev, manat

Əsas mövzular