CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlar kommunal problemləri həll ediblər

© Sputnik / Murad OrujovМилли Меджлис Азербайджана
Милли Меджлис Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında qanun hazırlanacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 26-da Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda gündəlikdə 2 məsələ — payız sessiyasında görülən işlər və yaz sessiyası üçün işlər planı olub.

Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Gənclər paytaxtı" uğrunda mübarizə başladı

Komitə sədri Fuad Muradov deyib ki, hesabat dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə daxil olmuş məktub, müraciət və sənədlərin sayı 124 olub: "Həmin müraciətlərin 29-u tamamilə, 29-u qismən həll edilib. Daha 20-si əsassız sayılıb, 9-na müvafiq izahat verilib, 2-i icradadır və 35-i isə baxılması üçün aidiyyatı təşkilatlara göndərilib".

Muradovun sözlərinə görə, həmçinin 3 aztəminatlı ailənin mənzilinin dam örtüyü təmir edilib: "Komitəmiz və deputatlarımız kommunal ödənişlərlə bağlı yaranan problemlərin həllinə çalışıb və bəzi problemlər isə artıq həll edilib. 6 vətəndaşa aylıq, 8 nəfərə isə birdəfəlik olmaqla maddi yardımlar göstərilib".

Komitə sədri yaz sessiyası üçün tədbirlər planından danışarkən deyib ki, sessiya müddətində "Gənclər siyasəti haqqında" qanuna edilməsi nəzərdə tutulan əsaslı əlavə və dəyişikliklər müzakirə ediləcək: "2 fevral Gənclər gününə həsr olunmuş ictimai dinləmə keçiriləcək. Xocalı soyqırımına həsr olunmuş tədbirlər təşkil ediləcək. Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında qanun hazırlanacaq".

Xəbər lenti
0