CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Paltaryuyan və qabyuyan maşınlarda inanılmaz təhlükə

© Sputnik / ALEKSEI NIKOLSKII / Mediabanka keçidPaltaryuyan maşın
Paltaryuyan maşın - Sputnik Azərbaycan
Abunə olmaq
Vaxtaşırı olaraq maşınları doldurmadan (boş) ən yüksək temperaturda işlətmək lazımdır

BAKI, 25 yanvar — Sputnik. Lyublyana Universiteti (Sloveniya) alimləri məişət texnikasını mikroblara görə yoxladıqda dəhşətə gəliblər. Məlum olub ki, paltaryuyan və qabyuyan maşınlarında çoxlu sayda ziyanlı mikroblar və göbələklər yaşayır.

Alimlər xəbərdarlıq edir ki, bu mikrob və göbələklər sağlam insanlara ziyan vurmasa da, immun sistemi zəif olanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, uşaq və yaşlı insanlarda infeksion xəstəliklərə səbəb ola bilər.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, paltaryuyan və qabyuyan maşınlarında istifadə olunan yuyucu vasitələr bütün mikrobları öldürmür, onların bir hissəsi maşınların nəm hissələrində məskan salır və sürətlə çoxalmağa başlayır.

Bu səbəbdən paltar və ya qabyuyan maşın işi bitirdikdən sonra bütün nəm hissələri qurulamaq, qapılarını açmaq lazımdır ki, maşının içi tam qurusun.

Vaxtaşırı olaraq maşınları doldurmadan (boş) ən yüksək temperaturda işlətmək lazımdır.

Otaqda paltar və ya qabyuyan maşın işlədikdə havaçəkəni yandırmağı unutmayın.

Xəbər lenti
0