CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollardakı dəhşətli statistika açıqlandı

© Sputnik / Ilham MustafaGəncə şəhərində sərxoş vəziyyətdə idarəetmə qəzayla nəticələnib
Gəncə şəhərində sərxoş vəziyyətdə idarəetmə qəzayla nəticələnib - Sputnik Azərbaycan
Abunə olmaq
Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

BAKI, 24 yanvar — Sputnik. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə polis general-mayoru Ramiz Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
HADİSƏ
Sərxoş sürücü yanacaqdoldurma məntəqəsini darmadağın etdi

O, qeyd edib ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş idarədə 700-dən çox vətəndaş qəbul edilib, daxil olmuş 90 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.

"Bu gün ən müasir keşik avtomobillərinin, digər zəruri texnika və avadanlıqların imkanlarından yararlanan Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb" – deyə Zeynalov bildirib.

Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə "İ-patrul" sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb.

Xəbər lenti
0