CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı qəzanın səbəbi məlum oldu

© Photo : REPORTQəza nəticəsində avtobus ciddi zədələnib
Qəza nəticəsində avtobus ciddi zədələnib - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq

BAKI, 22 yanvar — Sputnik. Bu gün səhər saatlarında 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 BS 743 DQN) sərnişin avtobusu VAZ 2107 markalı minik avtomobili ilə toqquşub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza VAZ 2107 markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzaya uğramış avtobus BNA-ya məxsus deyil. Müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir.

Xəbər lenti
0