CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda qadın qəniminə çevrilən kişi tutuldu

© Sputnik / Murad OrujovОдна из станций Бакинского метрополитена, фото из архива
Одна из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayət törədən şəxs saxlanılıb

BAKI, 22 yanvar — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun "Gənclik" stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olması məlum olub.

Ətrafında aparılan tədbirlər nəticəsində, onun yanvarın 19-da metronun "28 May" stansiyasında daha bir qadının cibindən mobil telefonu oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0