CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: Bu küçələrdən keçməyin

CC0 / darylaim / Closed RoadЗатопленная дорога, фото из архива
Затопленная дорога, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saatlarından yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri aparılacaq.

Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Mehdi Hüseyn küçəsində, həmçinin Yasamal rayonu, Parlament prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Xəbər lenti
0