21:12 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Кабинет министров Азербайджанской Республики

Hökumətdən dövlət büdcəsindən maliyyələşən sahələrin işçilərinə müjdə

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
157330

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrin işçilərinin maaşları artırılıb

BAKI, 18 yanvar — Sputnik. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu, baş nazir Artur Rasizadənin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qərara əsasən “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına 1 nömrəli əlavə — “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin “Aylıq tarif (vəzifə) maaşı (manatla)” sütununda “116”, “121”, “126” və “132” rəqəmləri müvafiq olaraq “130”, “132”, “134” və “136” rəqəmləri ilə əvəz edilməklə müvafiq olaraq 14, 9, 8 və 4 manat artırılıb. 

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Əlaqədar

Hökumət işsizləri xaricə göndərəcək, amma necə?
Hökumət qərarını dəyişdi
Hökumət qurumu müsabiqə elan etdi
Hökumət Bərzaniyə 3 gün möhlət verdi: əks halda...

Əsas mövzular