CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış aktyorların səhhəti ilə bağlı açıqlama verildi

© Photo : Facebook / musvig"Bu Şəhərdə"nin aktyorları
Bu Şəhərdənin aktyorları - Sputnik Azərbaycan
Abunə olmaq
Müşviq Abbasov: "Ona görə əməliyyat 7 saat uzanıb"

BAKI, 17 yanvar — Sputnik. "Bu Şəhərdə" komandanın aktyorları Coşqun Rəhimovun və Rafael İsgəndərovun əməliyyat olunması və onların narkozdan oyanma anları videoya çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Sputnik Azərbaycan xəbər verir ki, internet istifadəçiləri bu videoya birmənalı yanaşmayıb. Bu şəhərdə komandasının ssenaristi Müşviq Abbasov paylaşılan videolara belə münasibət bildirib:

"Allaha şükür hər şey yaxşıdı. Birdə qeyd edirəm, Rafael əməliyyat yox, sadəcə endoskopik müayinə olub. Yəni mədəsinə zond salınmışdı. Ciddi bir problemi yoxdur. Coşqun İsgəndərov isə burnunun çəpər əyriliyinin düzəlməsi üçün əməliyyat olunub. Əməliyyat zamanı müəyyən olub ki, burnunda polip və kista da var. Ona görə əməliyyat 7 saat uzanıb, nəticədə hər şey təmizlənib".

M.Abbasov onu da qeyd edib ki, aktyorlar qısa müddətdə yeni konsertlərinin məşqlərinə start verəcəklər: "Diqqətə və dualarınıza görə hər birinizə təşəkkür edirik, hər şey əladır. Qeyd edim ki, aktyorlarımız sabahdan mart ayında baş tutacaq konsertin məşqlərinə başlayacaqlar".

Xəbər lenti
0