CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Obyekt sahibi olmaq istəyənlərin nəzərinə!

© Sputnik / Anar Mustafayevİcarəyə verilən ticarət obyekti, arxiv şəkli
İcarəyə verilən ticarət obyekti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar

BAKI, 17 yanvar — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 13-də Bakı şəhərində satışa çıxarılacaq əmlakın siyahısını açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a komitənin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın bir neçə rayonunda qeyri-yaşayış obyektləri hərraca çıxarılacaq.

Вклады в манатах и долларах - Sputnik Azərbaycan
Hərracın nəticəsi məlum oldu

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 243 saylı binanın həyəti,İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi 1, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 5, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi, Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi 148,Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 16, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi hərraca çıxarılacaq. Hərracda iştirak etmək istəyənlər hərrac barədə komitənin saytından məlumatlana bilərlər.

Xatırladaq ki, hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına, sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN), Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir) hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır.

Qeyd: Hərraclar Bakı şəhərində Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçiriləcək.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

Xəbər lenti
0