15:19 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar

BAKI, 16 yanvar — Sputnik. Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü — 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadəni axtarmaq üçün Türkiyədən iki mütəxəssis cəlb edilib. Sputnik Azərbaycan trend-ə istinadla xəbər verir ki, bu barədə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, alpinistlərin tapmaq üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir. Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü — Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə axtarışın dayandırılması ilə bağlı məlumatlar öz əksini tapır. Bəzi şəxslər nəticə olmadığı üçün axtarışların dayandırılmasını təklif edir. "Qar uçqunu yazda qar əriyəndə və qışda qar yağanda olur. Ancaq daha onları axtarmağın mənası yoxdur" – deyə şəbəkə istifadəçiləri fikirlərini bildiriblər.

Əlaqədar

Alpinistlərin başına gələn hadisənin səbəbkarı məlum oldu
Alpinistlərin axtarış qərargahından xəbər var
İtkin düşən alpinistlərlə bağlı birgə məlumat: Cinayət işi açıldı
Klub rəhbəri: "İtkin düşən alpinistlər sağ qala bilərlər" - VİDEO
İtmiş alpinistlərin axtarışları ilə bağlı bədbin xəbər...
Teqlər:
axtarış, mütəxəssis, itkin düşənlər, "Gilavar" Hava-Ekstremal İdman Klubu, alpinist

Əsas mövzular