CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis orqanlarına işçi axtarılır

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq

BAKI, 16 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Sputnik Azərbaycan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, boş iş yerləri Baş Dövlət Yol Polisi İdarəsində (1 vəzifə), Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində (27) və Nərimanov (1) Rayon Polis İdarəsində, Hacıqabul (1), Kürdəmir (1), Samux (1), Yevlax (1), Cəlilabad (1), Laçın (1), Xızı (1), Şəki (1) şəhər, rayon polis şöbələrindədir.

Автомобили полиции на улице Москвы, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Bu ölkədə on min yol polisi ixtisar edildi

37 vakant vəzifənin komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, habelə tam orta təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, 3 il sürücülük təcrübəsinə malik, yaşı 21-dən aşağı, 26-dan yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış, Bakı şəhəri və yuxarıda göstərilən rayonlarda qeydiyyatda olan və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və dövlət ali təhsil müəssisələrini bitirmiş namizədlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin yanvar ayının 08-dən fevral ayının 05-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4) sənədlərini təqdim etməlidirlər.

Xəbər lenti
0