11:45 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1246 0 0

Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulması məsuliyyət yaradacaq

BAKI, 16 yanvar — Sputnik. "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklərə əsasən, qanuna 15-1-ci (Dövlət qulluqçusunun şəxsi işi) və 15-2-ci (Dövlət qulluqçusunun xidməti vəsiqəsi) maddələr əlavə edilib.

15-1-ci maddəyə görə, dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır. Dövlət qulluqçusunun şəxsi işinə bu qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.

Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

15-2-ci maddəyə görə isə dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları və xidməti vəsiqəsi ilə bağlı normalar "Dövlət qulluğu haqqında" qanunda tənzimlənmədiyindən qanunda bu normaların təsbit olunması məqsədilə dəyişikliklərin edilməsi təklif olunur.

Dəyişikliklər Milli Məclisin ötən il dekabrın 29-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
Aztəminatlı təbəqənin dövlət qulluğuna yolu asan olmayacaq
"Dövlət qulluğuna qəbul zamanı mənfi hallara yol verilib"
Dövlət qulluğu ilə bağlı xidmətlərin qiyməti müəyyən edildi
Dövlət qulluğuna qəbul qaydaları dəyişdi
Teqlər:
xidməti vəsiqə, əlavə, "Dövlət qulluğu haqqında" qanun, dəyişiklik, məsuliyyət, maddə

Əsas mövzular