11:56 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Armudu stəkanda çay

Çayı qədərindən artıq içməyin

CC0 / Guigui575 / Tea in a Turkish glass
CƏMİYYƏT
Qısa URL
364 0 0

Sidikqovucu təsirə malik olduğundan böyrəkləri həddindən artıq yükləyir

BAKI, 13 yanvar — Sputnik. Çay ən faydalı içkilərdən biri sayılır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini aşağı salır, orqanizmi təmizləyir, xərçəng riskini azaldır.

Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən sizə çoxlu çay içməyin ziyanlarını təqdim edir:

1. Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların riskini artırır.

2. Sinir sisteminə qıcıqlandırıcı təsir edir, yuxu pozulmalarına, əsəbiliyə səbəb olur.

3. Diş emalına mənfi təsir edir.

4. Sidikqovucu təsirə malik olduğundan böyrəkləri həddindən artıq yükləyir.

5. Orqanizmdə dəmirin sovrulmasını pisləşdirir ki, bu da hətta anemiyanın (qanazlığı) inkişafına səbəb ola bilər.

6. Mədənin turşuluğunu artırır ki, bu da qastrit və xora xəstəliyindən əziyyət çəkənlərə ziyanlıdır. Ümumiyyətlə mədə turşuluğunun artması zamanı çayın istehlakını minimuma azaltmaq lazımdır.

7. Podaqra və artrit kimi xəstəliklərin riskini artırır.

8. Arterial təzyiqi artırır.

Əlaqədar

Bu bitki çayı insanı sakitləşdirir, baş ağrısını aparır
"Bəzi sərnişinlər düyməni basıb çay-kofe istəyirlər"
Bu bitki çayından mütləq için
Ekspert: “Avropada Azərbaycan çayına tələbat var”
Bakılıları istidən çay və meyvə xilas edəcək
Teqlər:
dəmləmək, ziyan, fayda, çay

Əsas mövzular