CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı millət vəkili komaya düşüb

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib

BAKI, 13 yanvar — Sputnik. Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb.

Sputnik Azərbaycan modern.az-a istinadən xəbər verir ki, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.

© Photo : AR Milli Məclisinin mətbuat xidmətiNəriman Əliyev
Nəriman Əliyev - Sputnik Azərbaycan
Nəriman Əliyev

Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

Xəbər lenti
0