11:47 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Səidə Muradova

Qaçqın düşərgəsində böyüyən azərbaycanlı qız dünyanı silkələdi – VİDEO

© Foto: Madamesuccess
CƏMİYYƏT
Qısa URL
1069 0 0

Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələrinə əsaslanır

BAKI, 13 yanvar — Sputnik. Səidə Muradova həyatında həmişə bər-bəzək aksessuarları daşımayıb. O, Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Nəhayət, Nyu-Yorka yollanıb.

Sputnik Azərbaycan milli.az-a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkda özünün Object & Dawn baş bəzək aksessuarları brendini yaradan azərbaycanlı məcburi köçkünün barəsində racked.com saytında yerləşdirilmiş videoreportajda deyilir.

Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələrinə əsaslanır. O, baş bəzək aksessuarlarının nümunəsini işləyib hazırlayır, daha sonra yeddi ölkədə istehsalçılarla tərəfdaşlıq şəraitində işləyərək onların istehsalını təşkil edir. Azərbaycanlı modelyer öz təcrübəsində qədim masai qəbilələrinin əsrlər boyu istifadə etdiyi baş bəzəkləri nümunələrindən də yararlanır.

"Müasir moda artıq bunları hesaba almır. Lakin mən dünyanın bir çox yerlərində istehsalçılarla işləyərək və yeni dizayn texnologiyalarından, lazerlə kəsmə və 3D-printdən istifadə edərək əsrlər boyu istifadə edilmiş metodları yenidən mükəmməl şəkildə həyata keçirə bilirəm" – Səidə Muradova deyir.

Əlaqədar

Qaçqınlara 700 milyon avro ayrıldı
"Qaçqınkom" sədrinin nəvəsi qolu qandallı şəkildə məhkəməyə gətirildi
Nazir qaçqın qadının üzərindən maşınla belə keçdi
Qaçqınların statusu dəyişir: hökumət iclas keçirdi
Qaçqın düşərgəsində partlayış törədildi, ölənlər var
Teqlər:
Səidə Muradova, çadır şəhərciyi, moda, qaçqın

Əsas mövzular